"Qarabağ"ın kapitanı Maksim Medvedevin Premyer Liqanın 25-ci turunun "Sabah"a qarşı keçiriləcək oyununu buraxmaq ehtimalı var.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçunun zədəsi olduğundan onun meydana çıxması sual altındadı.
"Sabah" da bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın aparıcı üzvü Coy-Lens Mikkels vərəqə cəzalısı olduğundan "Qarabağ"a qarşı oynamayacaq.
"Qarabağ" - "Sabah" görüşü bu gün "Azərsun Arena"da 19:00-da start götürəcək.
