Sabiq "Qəbələ"li Yunanıstan klubunun baş məşqçisi oldu

12:28 - 4 May 2022

"Qəbələ"nin əvəzedici komandasının sabiq baş məşqçisi Daril Villardın yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis Yunanıstanın "Episkopi" klubuna "sükanı arxasına" keçib. Bu barədə II liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daril Villard 2010-2012-ci illərdə "Qəbələ"yə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb.

Xəbər xətti