PSJ-nin hücumçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurduğu forması hərraca çıxarılıb.
Sportal.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Formanı adı açıqlanmayan şəxs 400 min avrodan baha qiymətə alıb.
Messi 2017-ci ilin aprelində "Barselona" formasıyla "Real"la matçda 500-cü qoluna imza atıb.
Argentinalı hücumçu 2021-ci ilin yayından PSJ-də çıxış edir.

