Dibala "İnter"lə müqavilə imzalayacaq

16:14 - 4 May 2022

Mövsümün sonunda "Yuventus"dan ayrılacağı açıqlanan Paulo Dibalanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu "İnter"lə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

29 yaşlı futbolçu "neradzurra" ilə 4 illik müqavilə bağlayacaq. Dibala "İnter"də illik 6 milyon avro və əlavə bonuslar qazanacaq. O, yeni klubuna azad agent kimi keçəcək.

2015-ci ilin yayından "Yuventus"da çıxış edən Dibala bu mövsüm 35 oyunda 14 qol vurub.

Xəbər xətti