AFFA növbəti mövsüm I Divizionda iştirakına şərait yaratdığı «Mingəçevir»də Müşahidə Şurası (MŞ) formalaşdırmağa başlayıb.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, "işıqlar şəhəri"ni aşağı dəstədə təmsil edəcək klubun rəhbərliyinə gətirilən şəxsin kimliyi də məlumdur.
Hakim-inspektor olaraq Premyer Liqaya təyinat alan Rövşən Əhmədov şuranın sədrliyinə gətirilib.
Rəhbərlikdə təmsil olunacaq kəslərin müəyyənləşdirilməsi də ona tapşırılıb. MŞ minimum 5 üzvdən ibarət olacaq.
saytlarin hazirlanmasi
