"Azarkeşləri başa düşmək olar, komanda uduzanda hakimi, məni məğlubiyyətə səbəb kimi görə bilərlər"

22:39 - 4 May 2022

"Oyunu yalnız 19-20-ci dəqiqəsinə qədər şərh edə bilərəm. Baxmayaraq ki, qolu lap əvvəldə buraxdıq. Əslində, inamlı oynayırdıq. Müdafiədə və ümumiyyətlə, oyunda bir neçə dəyişiklik etsək də, meydanda 10 nəfərlə ötənilki çempiona qarşı nəyəsə ümid etmək bir qədər çətindi”.

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa deyib.

Premyer Liqanın 25-ci turunun "Neftçi" ilə oyunundan sonra belaruslu mütəxəssis komandasının məğlubiyyətini şərh edib.

"Gənclik şəhəri" təmsilçisi oyunsonrası keçirilən mətbuat konfransda jurnalistlərin suallarını cavablandırıb.

- Özünüz də şahid olduz ki, azarkeşlər oyunun taleyini hakimlərin həll etdiyi fikrindəydi. Siz də belə düşünürsüz?
Bu sualı verməyənə qədər heç siz deyən məsələyə fikir verməmişdim. Futbolçumu müdafiə etməliyəm. Azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimi, məni və ya digər şəxsləri məğlubiyyətə səbəb kimi görə bilərlər. Bugünkü hakimliklə bağlı heç bir şübhə və sual yoxdu. Oyunu yüksək peşəkarlıqla idarə etdi. Epizodun təkrarına baxmamışam. Əgər qırmızı vərəqə var idisə, bu barədə danışmağa dəyməz.

- Cəmaləddin Xocaniyazov qırmızı vərəqə ilə cəzalandırıldıdqn sonra niyə məhz Araz Abdullayevi əvəzlədiniz?
- Oyundan 7-8 gün əvvəl Arazın əzələsində diskomfort var idi. Məşqləri də buraxmışdı. Qırmızı vərəqə alandan sonra düşündüm ki, topsuz oynayacağıq, belə yükləmə zamanı isə biz Arazı da itirə bilərik. Ona görə Rüfəti həmin mövqedə saxlamaq qərarına gəldik. İki dayaq yarımmüdafiəçisi ilə oynadıq. Qarşıda hələ oyunlar var, son oyunları oynamalıyıq. İstəməzdik ki, Arazı da itirək.

Mirbağırağa

Xəbər xətti