“Qarabağ”ın sabiq futbolçusu bu ölkədə çempion adını qazandı - FOTO

11:08 - 5 May 2022

Daha bir ölkədə çempionun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Kosovada “Balkani” çempionluq sevinci yaşayıb.

Bu klubun heyətində çempionluq yaşayanlardan biri də sabiq “Qarabağ”lıdı.

Vaxtilə Ağdam klubunun futbolçusu olmuş Nderim Necipi “Balkani”də idman direktoru vəzifəsində çalışır.
 

Şimali Makedoniyadan olan veteran futbolçu 2011/2012 mövsümündə "Qarabağ" forması geyinib.




 

Xəbər xətti