"Neftçi"nin futbolçusu 13 mövsüm sonra ilkə imza atdı

11:14 - 5 May 2022

“Neftçi”nin futbolçusu Tyaqo Bezerra mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın XXV turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

​O, son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoyan yeganə futbolçudur. Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Amiran Muciri “Bakı”nın heyətində 11 qola imza atıb.

Xəbər xətti