Azərbaycan millisinin hücumçusunu "Vulverhempton"un skautları izlədi

11:55 - 5 May 2022

"Vulverhempton" "Tondela"ya icarəyə göndərdiyi Azərbaycan millisinin üzvü Renat Dadaşovu diqqətdə saxlayır.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin 9 skautu Portuqaliya çempionatının XXXII turunda keçirilən "Pakoş Ferreyra" - "Tondela" matçını (1:1) izləyib. Skautların konkert hansı futbolçular üçün Portuqaliyaya getdiyi barədə məlumat verilməyib. Ancaq klubun nümayəndələri "Tondela"ya icarədə olan Dadaşovun da oyununa baxmaq istəyib. Millimizin üzvü sözügedən görüşün 85-ci dəqiqəsində meydana çıxıb.

"Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan R.Dadaşov bu mövsümüm əvvəlindən icarə əsasında "Tondela"da oynayır.

Xəbər xətti