Karlo Ançelotti Çempionlar Liqasında rekorda imza atdı

12:17 - 5 May 2022

"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis turnirdə 5 dəfə finala yüksələn ilk çalışdırıcı olub.

Daha əvvəl Aleks Ferqyuson, Marçello Lippi və Yurgen Klopp hərəyə 4 dəfə finalda mübarizə aparıb.

"Real" turnirin yarımfinalında "Mançester Siti"ni mübarizədən kənarlaşdırıb və finala çıxıb. Komandanın həlledici oyundakı rəqibi "Liverpul" olacaq.

Xəbər xətti