Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bununla finala vəsiqə qazanan komandalar bəlli olub.
Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərə "Lester"ini qəbul edib. İtaliyalılar evdə rəqibinə 1:0 qalib gəlib.
Gecənin digər matçında "Feynoord" Fransada "Marsel"in qonağı olub. Bu oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. Belədə, niderlandlılar finala vəsiqə qazanmış olub.
Konfrans Liqasının final matçı mayın 25-də keçiriləcək.
Konfrans Liqası
5 may
"Roma" (İtaliya) – "Lester" (İngiltərə) 1:0
Qol: Abraham 11
İlk oyun – 1:1
"Marsel" (Fransa) – "Feyenoord" (Niderland) 0:0
İlk oyun – 2:3
saytlarin hazirlanmasi
