Premyer Liqanın 25-ci turunda “Zirə” ilə səfərdə qarşılaşan “Qəbələ” rəqibini 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bölgə klubunun ispaniyalı futbolçusu Fernan Lopez instaqram hesabında matçla bağlı paylaşım edərək bunları yazıb: “Biz mübarizədəyik! Qaldı, 3 final oyunu”.
Xatırladaq ki, “Qəbələ” qarşıdakı turlarda müvafiq olaraq “Neftçi”, “Şamaxı” və “Sabah” klubları ilə qarşılaşacaq.
