"Qarabağ" nominal meydan sahibi oldu

13:48 - 5 May 2022

Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL-in texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ”ın meneceri Şaiq Həsənov və “Zirə”nin baş menecer Elman Himayətoğlu püşkatmada iştirak edib.

Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

​Azərbaycan kubokunun final oyunu mayın 27-də, Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti