"Ümid edirəm ki, Şəfiyevin Azərbaycan futboluna faydası olacaq"

14:07 - 5 May 2022

"Turan Tovuz"un 2005-ci il təvəllüdlü futbolçusu Sadiq Şəfiyevi Polşanın "Krakoviya"nın ikinci komandasının transfer etmək istəməsi barədə xəbər vermişdik.

Sportal.az saytının məlumatına görə, 16 yaşlı futbolçunun xidmətində Azərbaycan Premyer Liqasının klubları da maraqlıdı.

Bununla bağlı Tovuz təmsilçisinin icraçı direktoru Nadir Nəbiyev saytımıza açıqlamasında Şəfiyev haqda bunları deyib:

"Sadiq Şəfiyevlə bağlı bizə hər hansı rəsmi təklif gəlməyib. O, perspektivi olan gənc futbolçumuzdu. Öz üzərində çalışsa, yaxşı futbolçu ola bilər. Sadiqi çempionatında əvvəlində “Kəpəz”dən komandaya dəvət etmişdik. Onu U-17 yığmanın heyətində Tovuzdakı təlim-məşq toplanışında olanda görmüşdük. Şəfiyev bizim əsas heyət üzvüdü. Ancaq danmaq olmaz ki, “Kəpəz”in yetirməsidi. Bu klubun məşqçilərinin onun üzərində əziyyəti olub. Ümid edirəm ki, Azərbaycan futboluna faydası olacaq”.

Xəbər xətti