Şevçenko İtaliyada klub sahibi olacaq

15:00 - 5 May 2022

“Milan”ın və Ukrayna millisinin sabiq forvardı Andrey Şevçenko İtaliyada klub sahibi olmaq istəyir.

Sportal.az “ilpescara.it” saytına istinadən xəbər verir ki, veteran futbolçu İtaliya C seriyasında çıxış edən “Peskara”nın sahiblərindən birinə çevrilə bilər.

​Şevçenko klubun prezidenti Daniele Sebastiani ilə danışıqlarda klubu almaqda maraqlı olan bir qrup sahibkara rəhbərlik edəcək. Ya da o, səhmlərin nəzarət paketini əldə edəcək.

Xəbər xətti