"Barselona"nın kapitanı sıradan çıxdı

15:13 - 5 May 2022

"Barselona"nın futbolçusu Jerar Pike zədələnib.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi qarşıdakı oyunları buraxmalı olacaq.

​"Malyorka" ilə görüşdə zədələnən Pike sol budundakı zədədən əziyyət çəkir.

“Barselona” mayın 7-də səfərdə “Betis”lə qarşılaşacaq.

Xəbər xətti