Bakıda təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Neftçi” ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.
Ümid Səlimovun het-trik etdiyi oyunda U-15-in digər qolunu Hüseyn Vəlizadə vurub.
Qeyd edək ki, mayın 1-də bir araya gələn U-15 hazırlığı şənbə günü başa vuracaq.
