"Yuventus"un futbolçusu Federiko Bernardeski karyerasını "Qalatasaray"da davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira məlumat yayıb. O bildirib ki, mövsümün sonunda Turin klubu ilə müqaviləsi başa çatacaq Bernardeskinin xidmətində "Latsio" və "Qalatasaray" maraqlıdır.
Roma klubu ilinə 1,6 milyon avro məvacib təklif edir. Bu, İtaliya millisinin üzvünün ürəyincə deyil. "Qalatasaray" isə yekun təklifi irəli sürməyə tələsmir.
Bernardeski bu mövsüm 32 matçda 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
