"Araz-Naxçıvan"ın Türkiyədə oyunu yağışa görə dayandırıldı

18:56 - 5 May 2022

Azərbaycan Region Liqasının final mərhələsinə Türkiyənin Ərzurum şəhərində hazırlaşan "Araz-Naxçıvan" növbəti yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi Ərzurum yığma komandası (TFF Erzurum karması) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2. "Araz-Naxçıvan"ın heyətində Orxan Əliyev fərqlənib.

 

Qeyd edək ki, güclü yağış səbəbilə oyun 77-ci dəqiqədə dayandırılıb.

Xəbər xətti