"Ayaks"ın müdafiəçisi "Bavariya"da

20:18 - 5 May 2022

Almaniyanın "Bavariya" klubu həyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi mövsümün sonunda "Ayaks"la müqaviləsi başa çatan Nussair Mazrauinin keçidini həll edib. 25 yaşlı sağ cinah müdafiəçisi bu gün Bundesliqa klubu üçün tibbi müayinədən keçib.

 

Mərakeşli futbolçu ilə mövsüm başa çatdıqdan sonra müqavilə imzalanacaq. "Bavariya"ya azad agent statusu ilə qoşulacaq müdafiəçi illik 8 milyon avro qazanacaq.

 

Nussair Mazraui "Ayaks"ın yetirməsidir. O, 2018-ci ildən Amsterdam təmsilçisinin əsas komandasında çıxış edir. Mazraui cari mövsümdə "Ayaks"ın heyətində meydana çıxdığı 33 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti