Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Asim Əlizadə ilə Şakir Seyidovun şərəfini qoruduğu "Dauqavpils" doğma meydanda RFS ilə qarşılaşıb. Matç qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycanlı futbolçular bu görüşə start heyətdə başlayıb. Asim fasilədə əvəzlənib. Şakir isə 71-ci dəqiqədə meydanı tərk edib.
15 xal toplayan "Dauqavpils" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi