Rusiya millisinin və "Zenit"in hücumçusu Artyom Dzyuba karyerasını növbəti mövsümdən ölkə xaricində davam etdirə bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, forvardın hazırda iki variantı var. Belə ki, "Fənərbağça" və "Srvena Zvezda" Dzyuba üçün hərəkətə keçib.
Rusiya yeni mövsümdən avrokuboklara buraxılmayacağına görə rus hücumçu "Zenit"i tərk etməkdə israrlıdı.
