"Napoli" "Arsenal" və "Mançester Yunayted"dən 120 milyon tələb etdi

10:21 - 6 May 2022

"Napoli" forvardı Viktor Osimhen üçün transfer qiyməti müəyyənləşdirib.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, "Arsenal" 23 yaşlı hücumçunu transfer etmək niyyətindədi. İtaliyalılar isə londonlulardan 120 milyon avro tələb edir.

"Mançester Yunayted"in də transfer siyahısında yer alan nigeriyalı hücumçu üçün hansısa klubun bu qədər məbləğ ödəyəcəyi inandırıcı görünmür.

Osimhen 2020-ci ildə "Lill"dən "Napoli"yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

 

Xəbər xətti