Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Sportal.az xəbər verir ki, bu ada "Roma"dan Temmi Abraham, "Marsel"dən Luan Peres, "Feyenoord"dan Gernot Troner və "Lester"dən Vesli Fofana iddia edir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
