"Roma" Konfrans Liqasında finala yüksəlib.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, "canavarlar"ın çalışdırıcısı Joze Mourinyo 4 fərqli komanda ilə avrokuboklarda finala çıxan ilk mütəxəssis olub.
Portuqaliyalı baş məşqçi daha əvvəl "Portu" ilə həm Çempionlar Liqası, həm UEFA kuboku, "İnter"lə Çempionlar Liqasında bu uğuru yaşayıb.
"Roma" Konfrans Liqasının finalında "Feyenoord"la üz-üzə gələcək.
