"Mançester Yunayted" və "Arsenal" eyni futbolçunu istəyir

12:14 - 6 May 2022

"Bayer" Mussa Diabi üçün 75 milyon avro tələb edir.

Sportal.az "Sport Bild"ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin rəhbərliyi Diabi üçün “Arsenal”, “Mançester Yunayted”, “Roma” və “Nyukasl”dan təkliflər alıb.

2025-ci ilə qədər "Bayer"lə müqaviləsi olan Diabi özü də Premyer Liqaya yollanmaq istəyir.

​Fransalı futbolçu Bundesliqada cari mövsümdə 30 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər xətti