AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
1/2 final mərhələsinin “Neftçi” – “Zirə” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);
