AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXV turunda baş verəblərlə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqanın XXV turunun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
“Qarabağ” klubunun azarkeşləri “Sabah” klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 49.1);
“Qarabağ” klubunun futbolçusu Patrik Andrade ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
XXV turun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XXV turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun futbolçusu Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 36.1);
“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
