"Arsenal" ispaniyalı məşqçi ilə müqavilə müddətini artırdı

14:08 - 6 May 2022

"Arsenal" baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzadıb.

Sportal.az "topçular"ın rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni müqaviləsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.

İspaniyalı mütəxəssis 2019-cu ildən paytaxt klubuna rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə kubokunu və superkubokunu qazanıb.

Xəbər xətti