AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan I Divizionunun XXIV turunda baş verəblərlə bağlı aşağıdakı qərarlar qəbul edilib.
I Divizionun XXIV turunun “Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Neftçi-2” komandasının futbolçusu Hüseyn Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
“Neftçi-2” – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
XXIV turun “Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
“Qarabağ-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Qarabağ-2” komandasının məşqçisi Vüqar Rüstəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 61.1);
“Qarabağ-2” komandasının rəsmisi Uğur Təhməzov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4);
XXIV turun “Kəpəz” – MOİK oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Kəpəz” – MOİK oyununda dopinq nəzarət otağı hazır olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 46.4);
XXIV turun “Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
“Qaradağ Lökbatan” – “Qəbələ-2” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 84);
“Qəbələ-2” komandasının futbolçusu Salman Ələsgərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
saytlarin hazirlanmasi