Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" səfərdə "Auda"nın qonağı olub. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsiylə başa çatıb.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Əsgərov 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
11 turdan sonra 3 xal toplayan "Super Nova" 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi