Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, hesabat turunda "Qaziantep" doğma meydanda "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra xallarını 43-ə yüksəldən meydan sahibləri çempionatda qalmağı təmin edib.
Bununla yanaşı Super Liqanı tərk edəcək son iki komanda da müəyyənləşib. "Rizəspor" və "Altay" mövsümün bitməyinə 3 tur qalmış ölkənin əsas liqası ilə vidalaşıb.
Qeyd edək ki, daha əvvəl "Yeni Malatyaspor" və "Göztəpə"nin Super Liqanı tərk edəcəyi dəqiqləşmişdi.
saytlarin hazirlanmasi