Niderland Eerste Divizyesində (I Liqa) sonuncu - 38-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "Roda"nın qonağı olub. Matç meydan sahiblərinin 4:3 hesablı qələbəsiylə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib.
35 xal toplayan "Telstar" mövsümü 19-cu yerdə başa vurub.
saytlarin hazirlanmasi