"Bakı"nın sabiq baş məşqçisi milli komandanı çalışdıracaq

13:39 - 7 May 2022

"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şefer karyerasını yenidən Afrikada davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə "Les Aigles Du Mali" nəşri məlumat yayıb. 72 yaşlı mütəxəssis Mali yığmasının "sükanı arxasına" keçəcək. Şeferin artıq yerli federasiya ilə razılaşdığı bildirilir.

Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nı çalışdırıb. O, 2001 - 2004-cü illərdə Kamerun yığmasında baş məşqçilik edib.

Xəbər xətti