Sportal.az-dan günün kuponu - FOTO

14:21 - 7 May 2022

Bu gün Avropanın yaşıl meydanlarında maraqlı oyunlar keçiriləcək.

 

İtaliya çempionatında "Sassuolo" doğma meydanda "Udineze"ni qəbul edəcək. Qonşu pillələrdə qərarlaşan komandaların oyunu maraqlı və gərgin mübarizə şəraitində keçəcək.

 

İngiltərə Premyer Liqasında "Çelsi" "Stemford Bridc"də "Vulverhempton"u sınağa çəkəcək. 3-cü pillədə olan London təmsilçisi mövsümü bürünc medalla başa vurmaq üçün qələbə qazanmalıdı. "Zadəganlar" 4-cü yerdə olan "Arsenal"dan 3 xal öndədir.

 

Almaniyada Bundesliqanı tərk edəcəyi dəqiqləşən "Qroyter" öz evində "Borussiya"nı qəbul edir. Çempionluğu əldən verən Dortmund təmsilçisi 2-ci pillədəki mövqeyini möhkəmləndirmək üçün qələbə qazanmağa çalışacaq.

 

Fransa Liqa 1-də isə "Strasburq" "Brest" səfərinə yollanacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Strasburq"la orta sıralarda olan "Brest"in oyununda qollar izləyə bilərik.

 

Sportal.az günün kuponunu təqdim edir:

 

Xəbər xətti