"Beşiktaş" Belçika millisinin üzvünü transfer edir

19:08 - 7 May 2022

Türkiyənin "Beşiktaş" klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"da çıxış edən Yan Vertongeni gündəminə alıb. Portuqaliya klubundan ayrılmaq istəyən 35 yaşlı mərkəz müdafiəçisi "Beşiktaş"da oynamağa isti yanaşır. Türkiyə klubunun rəhbərliyi Vertongeni pulsuz transfer etmək üçün "Benfika" ilə danışıqlar aparır.

 

Qeyd edək ki, Yan Vertongen "Benfika"ya 2020-ci ilin yayında "Tottenhem"dən keçib. Onun Lissabon klubu ilə 1 illik müqaviləsi var. Belçika millisinin üzvü cari mövsümdə "Benfika"nın heyətində meydana çıxdığı 45 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti