Edqar Davids milli komandaya qayıtdı

22:50 - 7 May 2022

Niderland millisinin sabiq futbolçusu Edqar Davids yığmada çalışacaq.

 

Sportal.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi millinin baş məşqçisi Lui Van Qalın məşqçilər korpusunda yer alacaq.

 

49 yaşlı mütəxəssis son olaraq İngiltərənin "Barnet" klubunu çalışdırıb. O, daha əvvəl ölkəsində "Telstar", Portuqaliyada "Olhanense"də işləyib.

Xəbər xətti