"Liverpul" Portuqaliya yığmasının üzvü ilə anlaşdı

10:22 - 8 May 2022

"Fulhem"in yarımmüdafiəçisi Fabio Karvalyo karyerasını "Liverpul"da davam etdirəcək.

Sportal.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, futbolçu Mersisayd klubu ilə şəxsi müqavilə üçün razılıq əldə edib.

Karvalyo üçün “Liverpul” 7 milyon funt-sterlinqindən keçməli olacaq. Portuqaliyanın U-21 yığmasının 19 yaşlı üzvü 2020-ci ildən “Fulhem”in əsas komandasında oynayır.

Xəbər xətti