"Çelsi"dən "Barselona"ya keçməyə hazırlaşır

10:53 - 8 May 2022

"Çelsi"nin müdafiəçisi Sezar Aspilikueta "Barselona"da oynamağa razı olub. 

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubuna azad agent kimi keçəcək. O, iki illik müqavilə imzalayacaq.

Futbolçu illik 13 milyon avro maaş alacaq. 32 yaşlı müdafiəçi "Osasuna" və "Marsel"də oynadıqdan sonra 2012-ci ildə "Çelsi"yə keçmişdi.

Xəbər xətti