"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard Premyer Liqanın 36-cı turu çərçivəsində "Börnli" üzərində qazanılan 3:1 hesablı qələbəsini şərh edib.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, ingilis mütəxəssis komandasının uğurlu nəticəsi barədə bunları deyib:
"Mən çox məmmunam. Həqiqətən də səfərdəki oyunumuz çox çətin keçdi. İstənilən halda çox yaxşı komandaydıq. Hər halda yığa biləcəyimiz 12 xaldan 10-nu qazanmışıq. Futbolçularım tərifəlayiqdi. Doğurdan da güclü komandayıq. Bəzən evdə istədiyimiz alınmır. Üzərində işləməli olduğumuz bəzi elementlər olduğunu bilirik".
