"İnter"in sabiq prezidenti Massimo Moratti komandanın İtaliya A seriyasında apardığı çempionluq yarışından danışıb.
Sportal.az "L’Interista"a istinadən xəbər verir ki, "nerazzuri”"in keçmiş prezidenti Milan təmsilçisinin şanslarını belə dəyərləndirib:
“Biz “Milan”ın səhv etməsini gözləyirik. Mövsümün ilk turlarından “İnter”in hər bir azarkeşi çempionluğa inanır. "Skudetto"nu qazanmaq üçün xarakterimizin olduğunu göstərdik”.
Xatırladaq ki, 76 yaşlı futbol adamı 1995-ci il və 2013-cü ilə qədər İtaliya klubunun prezodenti vəzifəsində çalışıb.
Hazırda "İnter" 77 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Milan" isə ondan bir oyun az oynayaraq 77 xalla ikinci pillədədi.
