"Biz "Barselona"yıq, bu, bizim minimumumuzdur"

16:41 - 8 May 2022

"Barselona"nın baş məşqçisi Xavi La Liqanın XXXV turunda "Betis"i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bunları deyib:

"Nəticədən məmnunam, amma oyunu təhlil edib, səhvlərimizə baxmalıyıq. Komandam sona qədər döyüşür. Bərabər səviyyədə keçən oyun oldu və komandam sonra qələbə qazanmağı bacardı. Biz "Barselona"yıq. Bu, bizim minimumumuzdur.

Noyabrda vəziyyət daha pis idi. Heç Avroliqa zonasında deyildik, amma indi Çempionlar Liqasına vəsiqəni təmin etdik. Daha yaxşı olmalıyıq. Çempionluqlar üçün döyüşmək istəyirəm".

"Barselona" La Liqada 69 xalla 2-ci sıradadır.

Xəbər xətti