Emreli ehtiyatda qaldı, "Dinamo" qalib gəldi

10:01 - 9 May 2022

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti  matçına çıxıb.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi doğma meydanda "Osiyek"lə qarşılaşıb. "Maksimir" stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:0.

Mahir bu görüşün iştirakçısı olmayıb. Adı iştirak ərizəsinə daxil edilən forvard sona qədər ehtiyatda qalıb.

​"Dinamo" çempionatda 73 xalla liderdir.

Xəbər xətti