"Turan" qalib gəldi, Balayevə ehtiyac görülmədi

10:27 - 9 May 2022

Qazaxıstan çempionatında X turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Turan” da növbəti maçtına çıxıb.

Türküstan təmsilçisi Karaqanda “Şaxtyor”u ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Adı matçın iştirak ərizəsinə daxil edilən kiper sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

​“Turan” 10 turdan sonra 11 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti