Portuqaliya çempionatında 33-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə "Gil Visente" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat sona qədər ehtiyatda qalıb.
“Tondela” hazırda 27 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
