Quliyev "Krasnodar"a qarşı oynadı

11:25 - 9 May 2022

Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" da növbəti matçına çıxıb.

Tula təmsilçisi doğma meydanda “Krasnodar”la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

​“Arsenal” geridə qalan 28 turda 23 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti