"Borussiya"nın hücumçusu Erlinq Haalandın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçu İngiltərədə oynayacaq. "The Athletic"ten jurnalist Devid Ornşteynin yazdığına görə, norveçli hücumçu "Mançester Siti" ilə razılıq əldə edib.
İngiltərə klubu Hallandın sərbəstqalma məbləği olan 75 milyon avronu ödəyərək, onu heyətinə qatacaq. Gənc forvard Premyer Liqa təmsilçisində həftəlik 600 min avro qazanacaq. Rəsmi açıqlama bu həftə ərzində ediləcək.
Erlinq Haaland "Borussiya"ya 2020-ci ilin yanvar ayında "Zaltsburq"dan transfer olunub. O, Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 88 matçda 85 qol vurub.
saytlarin hazirlanmasi
