"Barselona" niderlandlı hücumçunu transferə çıxarır

15:13 - 9 May 2022

"Barselona" Memfis Depayla yollarını ayıracaq.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunun çıxışından narazı qaldığına görə onu saxlamaq istəmir. 

Depayın transferindən əldə olunacaq pulla digər mövqelərə futbolçu alınacaq. Onun "Barsa" ilə gələn ilin sonuna qədər müqaviləsi qüvvədədi. 

Xəbər xətti