"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq yayda klubu tərk edə bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə "Arsenal" maraqlanır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
London klubu Sterlinqi yayda heytinə cəlb etmək istəyir. "Mançester Siti" klubla müqaviləsi yeni mövsümün sonunda başa çatacaq olan oyunçu ilə hələ razılıq əldə etməyib. "Şəhərlilər" ingilis hücumçunu satmağa müsbət yanaşır.
Sterlinq bu mövsüm 45 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib.
