Millimizin kapitanı karyerasını başa vuracaq

20:50 - 9 May 2022

Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın kapitanı Rizvan Fərzəliyev karyerasını başa vurmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, təcrübəli futzalçı yeni mövsümdən məşqçi kimi fəaliyyət göstərəcək.

Bu mövsüm Naxçıvan təmsilçisi ilə növbəti çempionluğunu yaşamış 43 yaşlı futzalçının karyerasını başa vurduğu klubda məşqçi kimi çalışacağı ehtimal edilir.

Xəbər xətti